21 C
Baku
Monday, May 20, 2024

Hakan Fidan: “F-16″ların Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb

“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.

Bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyatı qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”.

H.Fidan, həmçinin söyləyib ki, F-35 qırıcıları ilə də bağlı proses davam edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər