Şərqi Zəngəzurda heyvandarlıq təsərrüfatı böyüməkdədir

Şərqi Zəngəzur iqtisadi rayonunda heyvandarlıq sürətlə inkişaf etməkdədir.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, 2023-cü ildə iqtisadi rayon ərazisində iribuynuzlu mal-qaranın sayı 97 024 baş təşkil edib. Bunun da 41 168 başı Kəlbəcərin, 35 579 başı Laçının və 10 942 Cəbrayılın 7 533 başı Zəngilan rayonun payına düşür. Ən yüksək dinamika Zəngilan rayonunda müşahidə edilib. Rayon ərazisində mal-qara sayı illik müqayisədə 41 faiz artıb.  Zəngilanda 5 946 baş heyvan kənd təsərrüfatı ilə məşğul olan müəssisələrə məxsusdur. Laçındakı 41062 baş iribuynuzlu isə sırf ailə təsərrüfatlarına məxsusdur.

İqtisadi rayonun ərazisində qoyunların və keçilərin sayı 3.3% artaraq 454 938 baş olub. Qoyun və keçilərin 178 156 başı Kəlbəcərin, 164 818 başı Laçının, 86 114 Cəbrayılın payına düşür.

qn

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər