17 C
Baku
Monday, May 13, 2024

Azərbaycanda apteklər 200 milyon manatdan çox gəlir əldə ediblər

2024-cü ilin yanvar-fevral ayında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 206.3 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-fevral ayına nisbətən 1.9% azalıb.

Bu ilin ilk iki ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər