13 C
Baku
Tuesday, May 14, 2024

AMB: Elektron ödənişlərin xüsusi çəkisi 80%-i keçib

2023-cü ildə Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri 2022-ci illə müqayisədə 12%, mobil bankçılıqla əməliyyatların dəyəri isə 2 dəfə çox olub.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.

“Cari hesablar üzərindən aparılan əməliyyatlarda kağız formatda təqdim olunan ödəniş sənədləri kifayət qədər azalıb. Elektron ödənişlərin xüsusi çəkisi 80%-i keçib. İnternet və mobil bankçılıq xidmətləri kifayət qədər inkişaf edib”, – deyə o qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər