15 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycan uzun fasilədən sonra Polşaya neft satışına başladı

Polşa uzun müddətdən sonra Azərbaycandan neft alışını bərpa edib.

Banker.az xəbər verir ki, 2024-cü ilin ilk iki ayında bu ölkəyə  90.15 min tonluq xam neft ixrac edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ixracın statistik dəyəri $57.36 mln. təşkil edib.

Bir ton neftin dəyəri Polşaya $636-ə satılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan xaricə  4.595 mln. tonluq xam nefti 2.826 mlrd. Dollara ixrac edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər