14 C
Baku
Wednesday, May 15, 2024

Hava limanı gücləndirilmiş iş rejiminə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu bayram günlərində bütün sərnişinlərin maksimum rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə 2024-cü il martın 20-dən 27-dək gücləndirilmiş iş rejiminə keçir.

Banker.az xəbər verir ki, bahar tətili günlərində gözlənilən sərnişin axınının artması ilə əlaqədar mümkün gecikmələrin qarşısını alınması üçün sərnişinlərin uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.

Sərnişinlərin və ziyarətçilərin əlçatanlığı üçün “Airport Express” ictimai nəqliyyatı Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə saat 01:00-dək 30 dəqiqəlik fasilə ilə hərəkət edir. Bundan əlavə, hava limanında xüsusi düşürtmə/götürmə (“drop off”/”pick up”) zolaqları movcuddur və aeroporta daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb olunmur.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər