ABŞ Hərbi Hava Qüvvələri AGM-183 hava-yer tipli hipersəs raketini uğurla sınaqdan keçirib.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı məlumatda deyilir.
Hipersəs raketin buraxılışı Sakit okeanın Quam adasındakı Amerikanın Andersen Hərbi Hava Qüvvələri bazasından havaya qalxan B-52 strateji bombardmançı təyyarəsindən həyata keçirilib.
ABŞ Hərbi Hava Qüvvələri sınaq buraxılışının təfərrüatlarını dərc etməyəcəyini vurğulayaraq bunun “hipersəs silah proqramının əhatə dairəsini genişləndirmək” məqsədi daşıdığını qeyd edib.