14 C
Baku
Saturday, November 23, 2024

Bu il azad olunmuş ərazilərə köçürüləcək keçmiş köçkünlərin sayı açıqlanıb

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində bu günədək neçə yaşayış məntəqəsinə köç olduğu və 2024-cü ilin sonunadək nə qədər əhali köçürüləcəyi açıqlanıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında komitə 5 bənd üzrə əsas, 12 bənd üzrə digər icraçı qurum kimi müəyyən edilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa Dair I Dövlət Proqramına əsasən tərtib edilmiş planlar üzrə bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçirilir. Bu günədək 5 yaşayış məntəqəsi – Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi, Laçın şəhəri və rayonun Zabux kəndi, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsi icra edilib.

Bu ilin sonunadək ən azı 20 yaşayış məntəqəsi olmaqla, 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünün qayıdışının həyata keçirilməsi planlaşdırılıb. Hazırda yüzdən çox şəhər və kəndin baş planı təsdiqlənib və bir çox şəhər və kənddə inşaat işləri aparılır.

Son xəbərlər
Digər xəbərlər