13 C
Baku
Friday, November 15, 2024

Si Cinpin deyir ki, dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır

Çin və ABŞ arasında münasibətlərin xarakteri təkcə iki ölkə xalqlarının rifahına deyil, həm də bəşəriyyətin gələcəyinə təsir göstərir.

Bunu Pekində Böyük Xalq Zalında ABŞ işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.

Onun sözlərinə görə, iki ölkə xalqlarının rifahı, eləcə də bəşəriyyətin gələcəyi, taleyi Çin və ABŞ əməkdaşlığından və ya bir-biri ilə qarşıdurmasından asılıdır.

“Nə qədər ki, hər iki tərəf bir-birini tərəfdaş sayarsa, bir-birinin maraqlarına hörmət edərsə, dinc yanaşı yaşayarsa və qarşılıqlı faydalı nəticələr üçün əməkdaşlıq edərsə, ikitərəfli münasibətlər yaxşılaşacaq”, – Çin sədri vurğulayıb.

Si Cinpin sonda mübadilənin intensivliyinin artacağına ümid etdiyini bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər