Azərbaycan əsilli rusiyalı iş adamları Araz və Emin Ağalarovlar “Crocus”da terror aktı qurbanlarına yardım üçün 100 milyon rubl ayırıb.
Bu barədə Ağalarovlara məxsus “Crocus Group” məlumat yayıb.
Qeyd edək ki, martın 22-də axşam saatlarında əli silahlı dörd nəfər “Crocus City Hall”a daxil olaraq avtomat silahdan insanlara atəş açıblar və konsert salonunda yanğın törədiblər. Nəticə 140 nəfər ölüb, 180 nəfər yaralanıb. Rusiya hüquq mühafizə orqanları terror aktını törətməkdə şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində yaxalayıb. Məhkəmə həmin dörd nəfər və onlara bu cinayəti törətmək üçün yardım etməkdə təqsirləndirilən daha dörd nəfər barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçib.