12 C
Baku
Monday, November 18, 2024

Hindistanın valyuta-qızıl ehtiyatları $645 milyardı ötüb

Hindistanın valyuta-qızıl ehtiyatları 645.6 milyard dollara çatıb ki, bu da ölkə üçün tarixi rekorddur.

Bunu Hindistan Ehtiyat Bankının rəhbəri Şaktikanta Das mətbuat konfransında deyib.

Bankın rəhbəri, həmçinin 2021-ci ildə valyuta-qızıl ehtiyatlarının ilk dəfə olaraq 640 milyard dolları keçdiyini, lakin sonradan 524 milyard dollara qədər azaldığını xatırladıb. O, Mərkəzi Bankın Hindistan rupisinin dəyərindəki dalğalanmanı yumşaltmaq siyasətinin uğurlu olduğunu vurğulayıb.

“Hindistan rupisi 2023-2024-cü maliyyə ilində dünyanın əsas valyutaları arasında ən stabil pul vahidi olaraq qalıb. Valyutanın nisbi sabitliyi Hindistanın sağlam makroiqtisadi əsaslarını, maliyyə gücünü və yaxşılaşan xarici iqtisadi göstəricilərini əks etdirir”, – deyə Şaktikanta Das bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər