17 C
Baku
Friday, October 18, 2024

Türkiyədə ticarət balansında kəsirin azaldılması nəzərdə tutulur

Türkiyədə cari ilin əvvəlindən qeydə alınan makroiqtisadi göstəricilər hökumətin proqnozları ilə üst-üstə düşür.

Bu barədə Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşekin sosial şəbəkələrdə paylaşdığı şərhində bildirilir.

Maliyyə naziri diqqəti Türkiyənin xarici ticarətindəki son rəqəmlərə cəlb edib: 2024-cü ili yanvar-mart aylarında ölkənin ticarət balansındakı kəsir ötən ilin analoji dövrü ilə müqayisədə ümumilikdə 14.3 milyard dollar azalıb.

Türkiyəli nazir qeyd edib: “Türkiyə hökumətinin orta müddətli iqtisadi proqramı ilin yekunlarına görə ölkənin ticarət balansının kəsirinin 34.7 milyard dollar təşkil edəcəyi nəzərdə tutulur. Birinci rübün göstəricilərini nəzərə alsaq, deyə bilərik ki, bu məqsədə nail olunacaq”.

Nazirin sözlərinə görə, ticarət balansı kəsirinin ÜDM-nin 2.5 faizinə qədər azaldılması planlaşdırılır ki, bu da ölkənin valyuta ehtiyatlarını artıracaq.

Mehmet Şimşek əmin olduğunu bildirib ki, ölkəyə investisiya axınının güclənməsi və iqtisadi inkişafda olan artım makromaliyyə sabitliyinin təmin edilməsinə töhfə verəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər