Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 1 milyon manatdan çox olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 28.9% artıb və 7.3 milyon manatı keçib.