Azərbaycanda aqrar şirkətlər qrupu “Agro Food İnvestments” MMC-nin (AFI) sturukturunda yeni şirkət təsis edilib.
Banker.az xəbər verir ki, yeni təsis edilən şirkət “Zəfər Bağları” MMC-dir. 16 fevral 2024-cü il tarixdə Ağdam Rayon Vergilər Şöbəsi tərəfindən qeydiyyata alınıb.
Şirkət Ağdam rayonu Şıxbabalı kəndində təsis edilib. “Zəfər Bağları” MMC-nin nizamnamə kapitalı 10 000 manat təşkil edəcək. Qanuni təmsilçisi Vahid Novruzov Vaqif oğlu AFI-nin baş icraçı direktorudur.
“Agro Food Investments MMC (AFI) Azərbaycanın ən böyük aqrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı, çay emalı müəssisəsi və çay plantasiyaları, zeytun yağı və süfrəlik zeytun yağı istehsalı, minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir. Bunlarla yanaşı, qrup, dəyər zəncirinin bir neçə mərhələsində təmsil olunmaqla, logistika, saxlanc xidməti, quru və soyuducu kameralar, laboratoriyalar kimi tamamlayıcı biznes sahələrinə daxil olmuş və keyfiyyət və dayanıqlılığı təmin etməyi hədəfləyib.
Şirkətlər qrupunun qanuni təmsilçisi Vahid Novruzovdur.
Agro Food İnvestments qrupunun idarəetməsində olan törəmə şirkətlər aşağıdakılardır:
Şirkətlər:
- Agrarco MMC
- Aqrovest MMC
- Astaraçay MMC
- Azbadam MMC
- Azrose MMC
- Gala Olives MMC
- Grand Agro Invitro MMC
- Grand Agro MMC
- Lecheq Farm And Distillery MMC
- Şəmkir Agropark MMC
- Zəfər Bağlari MMC
Brendlər:
- “Naturall” ümumi çətir brendi
- “Olivea” (zeytun yağı və süfrəlik zeytun)
- “Aqrovest” meyvə və fındıq
- “Astaraçay” çay
- “Filli” çay
- “AZtea” çay
- “Azbadam” badam