Slovakiya Milli Şurasının (parlamentinin) sədri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini Slovakiya prezidenti seçilib.
Bu barədə Slovakiya televiziyası məlumat yayıb.
Bülletenlərin 99,8%-nin hesablanmasının nəticələrinə əsasən, seçicilərin 53,18%-i P.Pelleqrininin lehinə, 46,81%-i isə onun rəqibi – Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, liberal müxalifətin nümayəndəsi İvan Korçoka səs verib.
Korçok seçkilərdə məğlub olduğunu etiraf edib və Pelleqrinini dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.