Azərbaycanın bəzi rayonlarının kəndlərində kirayə evlərin qiyməti kəskin bahalaşıb. Bir müddət əvvəl 150 manata kirayə verilən evlər indi 400 manata təklif edilir.
Banker.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, artıq 4 ilə yaxındır ki, Qarabağda sürətli quruculuq işləri görülür. İşğaldan azad olunmuş ərazilərdə bu müddət ərzində xeyli tikinti işləri görülüb, minlərlə yeni iş yeri yaradılıb.
İş üçün həmin ərazilərə gedən insanlar da ən yaxın kəndlərdən kirayə ev tuturlar. Tələbin çox olması isə qiymətləri 2-3 dəfə artırıb.
Rieltorların sözlərinə görə, tələbin çox olduğu ərazilər Füzulinin Horadiz və Ağdamın Quzanlı qəsəbəsi, eləcə də Tərtərin Poladlı və Evoğlu kəndləridir.