2024-cü ilin yanvar-mart aylarında Azərbaycana 48 milyon 74 min dollar dəyərində 211 967 ton buğda idxal edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin eyni aylarında Azərbaycana 108 milyon 758 min dollar dəyərində 356 147 ton buğda idxal edilmişdi.
Beləliklə, ötən il müqayisədə Azərbaycana buğda idxalı miqdar ifadəsilə 40.5%, dəyər ifadəsilə 2.3 dəfə azalıb.
1 ton buğdanın orta hesabla idxal dəyəri 305 dollardan 227 dollara düşüb (78 dollar azalıb).