14 C
Baku
Saturday, November 23, 2024

BOKT “M Bulak” ₼4 mln.-luq xalis mənfəət əldə edib

Azərbaycanda fəaliyyətdə olan bank olmayan kredit təşkilatı “M Bulak” MMC 2023-ci ili 8.27 mln. manatlıq faiz gəlirinə qarşı 4.16 mln. manat xalis mənfəət əldə edib.

Banker.az bunu BOKT-nin illik audit hesabatına istinad edir.

2022-ci ildə onun xalis mənfəəti cəmi 2.9 mln. manat təşkil etmişdi.

BOKT-nin hesabat il üzrə mənfəəti ardından bölüşdürülməmiş mənfəəti 13.02 mln. manata yüksəlib.

Aktivlərinin həcmi son bir ildə 29 faiz artımla 25.19 mln. manata yüksəlib və bunun da 24.36 mln. manatı müştərilərə verilən kreditlərdir.

“M Bulak”ın öncəki ildə sıfıra bərabər borc portfeli bu il 1.55 mln. manat artıb və cəmi öhdəliklərin həcmi 1.75 mln. manat olub.

12 1 1323121321

Son xəbərlər
Digər xəbərlər