7 C
Baku
Thursday, December 12, 2024

Ali Məhkəmə vətəndaşın tikinti şirkətinə qarşı iddiasını təmin edib

Ali Məhkəmənin İnzibati kollegiyası vətəndaşın tikinti şirkətinə qarşı iddiasını təmin edib.

Vətəndaş tikinti şirkətlərinin birindən dəyərini tam ödəyərək aldığı mənzilin sahiblik və istifadə hüququ olması üçün hüquqlarının qeydiyyata alınmasını xahiş etsə də, tikinti şirkəti bundan imtina edib.

Şirkət imtinanın səbəbini çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədinin idarəyə daxil olmamağı ilə əsaslandırıb.

İddiaçı daha sonra məhkəməyə müraciət edərək mənzilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edib. Aşağı instansiya məhkəmələri vətəndaşın iddiasını təmin etmədiyi üçün Ali Məhkəməyə müraciət edib. İnzibati kollegiyasının qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin 7 aprel 2023-cü il tarixli qərarı ləğv edilib, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər