15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın strateji valyuta ehtiyatları $69 milyardı keçib

Azərbaycanın xarici valyuta ehtiyatları 2024-cü ilin I rübü ərzində 1 mlrd. 344.5 mln. dollar artıb.

Banker.az suveren fond ARDNF və Azərbaycan Mərkəzi Bankının rəqəmlərini hesablayaraq bu nəticəyə gəlir.

1 aprel 2024-cü il tarixinə Dövlət Neft Fondunun valyuta ehtiyatlarının həcmi son bir ildə 1 mlrd. 303.1 mln. dollar artaraq 57 mlrd. 372.8 mln. dollara yüksələrkən, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 41.4 mln. artaraq 11 mlrd. 637 mln. dollara yüksəlib.

Beləliklə, ölkənin strateji xarici valyuta ehtiyatlarının həcm ümumilikdə  67 mlrd. 682.7 mln. dollardan 69 mlrd. 27.2 mln. dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər