22 iyun 2024-cü il tarixdə, saat 11:00-da “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1) ASC-nin 2023-cü il üzrə illik və maliyyə hesabatlarının təsdiq edilməsi;
2) ASC-nin Müşahidə Şurasının üzvlərinin və sədrinin növbəti müddətə təyin edilməsi;
3) ASC-nin müfəttişinin növbəti müddətə təyin edilməsi;
4) ASC-nin 2023-cü il üzrə mənfəət və zərərinin bölüşdürülməsi, dividend;
5) Digər cari məsələlər.
Yığıncaq ASC-nin Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən etibarən dövlət müəssisəsi olaraq 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlamışdır. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilmiş və o, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilmişdir.
Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və Mətbəə fəaliyyət göstərir.