10 C
Baku
Saturday, November 23, 2024

“PANO” zərər açıqladı

Azərbaycanda qapı, pəncərə və digər profillər hazırlayan “Pano” ASC 2023-cü ili 390 min manat zərərlə başa vurub. 2022-ci ildə ASC-nin zərəri 582 min manat olub ki, bu da illik müqayisədə zərərin 33% azalması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Pano” ASC-nin ümumi gəlirləri 267 min manat, cəmi xərcləri 657 min manat təşkil edib. Hesabat dövründə “Pano” ASC-nin cəmi aktivləri 6 milyon 848 min manatdan 7 milyon 153 min manata çatıb.

Xatırladaq ki, 2005-ci ildə fəaliyyət göstərməyə başlayan “PANO” ASC pəncərə və qapılar üçün alüminium profillərin, WPС ekstruziya məhsullarının, pəncərə altılar üçün örtüklərin, interyer və eksteryer üçün dekinq-məhsulların, taxtadan hazırlanmış daxili və xarici qapıların, taxtadan üzləmə məhsulların istehsalı ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər