13 C
Baku
Friday, November 22, 2024

Macarıstan Azərbaycandan daha çox təbii qaz almağı planlaşdırır

Bakıya hər səfərimdə yenilik görürəm, buna görə sizləri təbrik edirəm.

Bunu Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto Bakıda Hökumətlərarası Komissiyanın iclasında deyib.

Nazir bildirib ki, artıq Macarıstan və Azərbaycan 14 ildir strateji tərəfdaşdır, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir: “Bir zamanlar bizi Azərbaycanla münasibətlərimizə görə tənqid edənlər indi Azərbaycan Prezidenti ilə foto çəkdirmək növbəsinə durub”.

Nazir Siyarto qeyd edib ki, ötən il Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi yüksək həddə çatıb, 120 milyon dolları ötüb: “Enerji sahəsində əməkdaşlığımız Macarıstanın təhlükəsizliyinə töhfə verir. Hazırkı vəziyyəti nəzərə alsaq, enerji sektorunda əməkdaşlığımız çox vacibdir”.

Nazir ötən il Azərbaycan qazının Macarıstana çatdığını xatırladıb və əlavə edib ki, ölkəsi Azərbaycandan daha çox həcmdə təbii qaz almağı planlaşdırır, belə ki, hər iki tərəf bunda maraqlıdır.

Macarıstanın Azərbaycanda investisiyası barədə danışan Peter Siyarto deyib ki, ölkəsinin ən böyük əczaçılıq şirkətlərindən biri Azərbaycanla əməkdaşlıq barədə sənəd imzalayıb və gələn ildən etibarən şirkət Azərbaycanda 19-a qədər növdə məhsullar istehsal edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər