14 C
Baku
Saturday, November 23, 2024

Ağsu filialına Müdir – Mol Bulak

İdarəetmə, maliyyə və nəzarət sahələrində əsas vəzifə və öhdəlikləri:

• Filial işçilərin illik qiymətləndirmə prosesində iştirak etmək;
• Kredit komitələrinin təşkili, sədrlik  və nəzarəti;
• Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
• İşdən azad olunan əməkdaşların təhvil-təslim prosesinə rəhbərlik etmək;
• Filial əməkdaşlarının ezamiyyət, məzuniyyət, işdən azad olunma ilə bağlı müraciətlərinə baxmaq və müvafiq ərizələri İnsan resursları şöbəsinə təqdim etmək.
• Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
• Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
• Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
• Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
• Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
• Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

• Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / idarəetmə sahəsində təhsili olanlara üstünlük verilir);
• Bank və ya BOKT-larda filial müdiri və ya kredit departamentinin rəhbəri vəzifəsində ən azı 2 il iş təcrübəsi olmalı;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Daxili motivasiya və prinsipiallıq;
• Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
• Rayonunun inzibati ərazi bölgüsünü yaxşı tanıması;
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
• Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

Uğurlu namizədə təklif edirik:

• Rəqabət qabiliyyətli əmək haqqı
• Təşkilatın bonus sistemindən yararlanmaq imkanları;
• Təlim və karyera inkişafı imkanları (regional menecer vəzifəsinə yüksəlmək imkanaları);
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
• İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
• İş məqsədləri üçün avtomobil təminatı.

Tələblərə cavab verən namizədlər 21 yanvar, 2016-cı il tarixinədək [email protected] e-ünvanına Mol Bulakın CV-ni göndərməklə müraciət edə bilərlər. Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Ağsu Filial Müdiri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər