Bu il “Mastercard” beynəlxalq kart təşkilatı bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həlli olan “Masterpass”ı Azərbaycanda iki böyük bankının mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır.
Bunu “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.
“Azərbaycanda “Masterpass” inkişaf etdirilir. Ötən il bir böyük bankla əməkdaşlığa başlayaraq onun mobil tətbiqinə “Masterpass”ı daxil etdik. Bu il də iki böyük bankla bunu həyata keçirərək Azərbaycanda “Masterpass”ın əhatə dairəsini genişləndirəcəyik”, – deyə o qeyd edib.
E.Zeynalov həmçinin Azərbaycanda NFC əməliyyatlarının da əhatə dairəsinin artırılacağını deyib.