Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moskvada Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller ilə görüşüb.
Bu barədə Rusiya şirkətinin məlumatında bildirilir.
“Tərəflər təbii qaz sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.