Hindistan iki aylıq fasilədən sonra Rusiyadan neft idxalını bərpa edib.
Rusiyaya məxsus “SCF Baltica” tankeri bu ölkənin əsas idxal-ixrac limanında sahilə yan alıb.
Həmin tankerin hazırda icra müqaviləsinə uyğun olaraq Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Stream Ship Management” şirkətinin tabeliyində olduğu bildirilib. Yükün sifarişçisi isə Hindistanın “Reliance” şirkətidir.
Qeyd edək ki, ABŞ Rusiyanın nəhəng daşıyıcı şirkəti olan “Sovkomflot”a qarşı sanksiya tətbiq edib.