16 aprel 2024-cü il tarixində “Networking Azerbaijan” Biznes Klubunun növbəti “100% Networking Day” adlı tədbiri keçirilib.
Banker.az xəbər verir ki, dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub.
Tədbirdə çıxış edən Sahibkarlığın İnkişaf Fondunun idarə heyətinin sədri Osman Xaliyev və “Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyev sahibkarlar arasında şəbəkələşmənin əhəmiyyəti, bu sahədə fəaliyyətləri və dəstəkləri barədə məlumat verdilər. Qeyd edilib ki, netvörkinq bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın
genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir.