12 C
Baku
Saturday, November 23, 2024

“Goldman Sachs”: Hedc fondları yapon səhmlərini “satıb” və Honqkonqdan “alır”

Nüfuzlu “Goldman Sachs Group Inc” deyir ki, qlobal pul oyunçuları iki bazarda qiymətləndirmələr arasında “genişlənən uçurum” səbəbi ilə Yaponiya bazarlarında uzun mövqelərdən çıxaraq qısa mövqedə olan Honqkonqdakı səhm ticarətlərini açmağa başlaya bilər.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

Bir sıra makro hedcinq fondları yapon səhmlərini satmağa və Honqkonqdakı mövcud qısa mövqelərini əhatə etməyə başlayıblar. Bankdan Bloomberg-ə bildirilib ki, bəzi uzunmüddətli fondlar da Honqkonqa doğru istiqamət ala bilər, çünki Yaponiya və ABŞ-dəki qiymətləndirmələr onlara baha görünür.

Birinci rübdə yapon səhmləri dünyanın fond birjalarındakı rallidən son onilliklərin maksimumuna yüksəlsə də, son həftələrdə geri çəkildi. Birjalar üzrə bençmark ölçü sayılan “Nikkei 225” mart ayında rekord həddə çatmışdı. Bu il üçün 22%-ə qədər yüksəldikdən sonra texniki korreksiyaya girməkdən azacıq yayınıb.

Bu arada Honkonqun Hang Seng indeksi 7%-dən çox yüksələrək, bu ay ən yaxşı performansını göstərən əsas qlobal kapital göstəricisidir. Rebound hökumət siyasəti dəstəyi, materikdən gələn axınlar və möhkəmlənən dollara bağlanmış yerli valyutanın xaricdən gələn investorları cəlb etməsi ilə əlaqədardır.

Hang Seng-dəki bu qayıdış hökumət siyasəti dəstəyi, dənizaşırı investorlara bazarın daha cəlbedici olması və möhkəmlənən dollarla əlaqəlidir.

 

Son xəbərlər
Digər xəbərlər