“NAB Holding A.Ş.”nin Azərbaycandakı mağazalar şəbəkəsi “Baku Elektroniks” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, son 4 ay ərzində müxtəlif vaxtlarda toplam kapital 350 min ABŞ dolları və ya 2.3% artırılıb.
Bununla da nizamnamə kapitalı 15 milyon 246.3 min dollara çatdırılıb.
Xatırladaq ki, “Baku Elektroniks” MMC 2001-ci ildə yaradılıb və Saeid Nakhjavani onun direktorudur. Şirkət “NAB Holding”ə daxildir.