2024-cü ilin birinci rübündə İndoneziyaya gələn turistlərin sayı son dörd ilin ən yüksək göstəricisidir.
Bu barədə İndoneziya Mərkəzi Statistika Agentliyinin rəhbəri vəzifəsini icra edən Amaliya Adininqqar Vidyasanti bildirib.
Statistika agentliyinin məlumatına görə, İndoneziya bu ilin ilk üç ayında 3 milyona yaxın turisti qəbul edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.
A.Vidyasanti qeyd edib ki, ən çox turist axını Malayziya, Avstraliya, Sinqapur və Çindən olub.