Bu gündən etibarən Türkiyə İsraillə bütün idxal və ixracat əlaqələrini dayandırıb.
Bu barədə Bloomberg türk rəsmisinə istinadən məlumat yayıb. Lakin Türkiyə tərəfi hələlik bu qərarı rəsmi açıqlamayıb. Agentliyin açıqlamasında qərarla bağlı əlavə təfərrüatlar verilməyib.
Daha əvvəl prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzza zolağına hücumlarına görə İsraillə aktiv ticarət əlaqələrini saxlamamaq qərarına gəldiyini bildirmişdi. Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu bütün Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edir.