13 C
Baku
Saturday, November 23, 2024

Serbiya parlamenti yeni hökumət tərkibini təsdiqləyib

Serbiya parlamenti Baş nazir Miloş Vuçeviçin rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib.

Bu barədə “Associated Press” qəzeti xəbər verib.

Məlumata əsasən, 152 deputat “lehinə”, 61 deputat “əleyhinə” səs verib. Daha 37 nəfər iclasda iştirak etməyib.

M.Vuçeviç uzun müddət prezident Aleksandr Vuçiçin tərəfdarı hesab olunur.

Yeni hökumətin tərkibinə Serb Təhlükəsizlik və İnformasiya Agentliyinin keçmiş direktoru Aleksandr Vulin də daxil edilib. Bundan əvvəl o, baş nazirin müavini vəzifəsində çalışıb.

Xarici işlər naziri postunu Serbiyanın ABŞ-dəkı keçmiş səfiri Marko Curiç tutub.

Son xəbərlər
Digər xəbərlər