“Sumqayıt Aşqarlar” ASC 2023-cü ili 155 min manat zərərlə başa vurub. 2022-ci ildə şirkətin zərəri 209 min manat olub ki, bu da illik müqayisədə 26% azalıb.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə şirkətin cəmi aktivləri 6 milyon 996 min manatdan 6 milyon 914 min manata düşüb, cəmi öhdəlikləri 7 milyon 378 min manatdan 7 milyon 451 min manata çatıb.
Qeyd edək ki, Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılıb. Zavodun hüquqi varisi olan “Sumqayıt-Aşqarlar” ASC isə 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 596 004 manatdır. Qanuni təmsilçisi Rasim Dadaşevdir.