20 C
Baku
Sunday, October 6, 2024

“Assist Finance İnvestisiya Şirkəti” ötən il xalis mənfəətini kəskin artırıb

“Assist Finance İnvestisiya Şirkəti” ASC 2023-cü ili 657 min manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə investisiya şirkətinin illik audit hesabatında bildirilir.

“Assist Finance”nin 2022-ci ili 99 min manat xalis mənfəət ilə bağlamasını nəzərə alsaq, 2023-cü ildə öncəki ili 7 dəfə yaxın üstələmiş olur.

“Assist Finance İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 2023-cü ildə illik müqayisədə 682 min manat, yaxud 70%  1 mln. 657 min manata yüksəlib.

Xatırladaq ki, investisiya şirkətinin səhmlərinin 100%-i Ruslan Cəfərov Nazim oğlu adlı şəxsə malikdir. O, il öncə “Bank BTB” ASC-nin törəmə təşkilatı olan “BTB Kapital İ.Ş.” ASC-də çalışıb və ötən il məlum oldu ki, bankdan şirkəti satın alıb, rebrendinq edərək bazarda yeni imiclə çıxış edir.

Son xəbərlər
Digər xəbərlər