Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüş keçirilib.
Banker.az xəbər verir ki, bu barədə Taleh Kazımov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Görüş zamanı cari ilin birinci rübünün nəticələri və sektorun inkişaf perspektivləri müzakirə olunub. Görüşdə həmçinin sektorun strateji prioritet və hədəfləri, bu çərçivədə həyata keçirilən təşəbbüslər, eləcə də istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi kimi mühüm məsələlər üzrə müzakirələr aparılıb.