İşğaldan azad olunmuş Cəbrayıl şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması ilə bağlı işlər sürətlə davam etdirilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl yenidən salınır, müasir infrastruktur yaradılır.
Şəhərə ilin sonuna kimi 712 ailənin köçürülməsi planlaşdırılır.