“Qala Maşınqayırma” zərərdən mənfəətə keçib

“Qala Maşınqayırma” ASC 2023-cü ili 177 min manat mənfəətlə başa vurub. 2022-ci ildə şirkət 120 min manat zərər etmişdir.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qala Maşınqayırma” ASC-nin əsas əməliyyat gəlirləri 1 milyon 744 min manat (əvvəlki ilə nisbətən 6% çox), əsas əməliyyat xərcləri 1 milyon 434 min manat, sair əməliyyat xərcləri 18 min manat, fövqəladə xərclər 58 min manat olub.

Hesabat dövründə şirkətin cəmi aktivləri 2 milyon 802 min manatdan 2 milyon 941 min manata, cəmi öhdəlikləri 2 milyon 562 min manatdan 2 milyon 714 min manata, cəmi kapitalı isə 2 milyon 562 min manatdan 2 milyon 714 min manata çatıb.

“Qala Maşınqayırma” ASC neft-mədən sahələri üçün vacib sayılan avadanlıqlar, yəni ştanq elevatorları və tutucu tərtibatlı boru elevatorları, yuyucu fırlanğıc, dayaq traversinin düyümü, mexaniki çıxarıcı və bir sıra məhsulların istehsalçısıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər