Böyük Britaniya iqtisadiyyatında artıq geriləmə mövcud deyil.
Britaniya Milli Statistika İdarəsinin məlumatına əsasən, ümumi daxili məhsul (ÜDM) yanvar-mart ayları ərzində gözləniləndən daha yaxşı 0.6 faiz artıb. İqtisadçılar bu rəqəmin 0.4 faiz olacağını proqnozlaşdırmışdılar.
Baş nazir Rişi Sunak deyib ki, vəziyyətin bir çoxları üçün hələ də çətin olduğunu bilir, lakin plan işləyir və plana sadiq olmaq lazımdır.
Qeyd edək ki, Milli Statistika İdarəsi iqtisadi artımın əsas ölçüsü olan ÜDM-in ölkədə oktyabr-dekabr ayları arasında 0.3 faiz azaldığını qeyd etmişdi.