Sankt-Peterburqda “Qazprom”un strukturlarından birinin top meneceri irimiqyaslı dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Saxlanılan şəxs “Qazprom UGS” MMC-nin baş direktorunun müavini Aleksey Bajanovdur.
Onun barəsində iki sutkalıq həbs qətimkan tədbiri seçilib.
Bajanovun mənzilində də axtarışlar aparılıb.
O, “Qazprom Investgazification” şirkətinin baş direktoru olarkən dələduzluq etməkdə şübhəli bilinir.