14 may 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 107,1 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.
Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Sonunu valyuta hərracı 7 mayda keçirilib və 75,1 mln. dollar satılmışdı.
“Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır”- deyə, Mərkəzi Bank bu məsələyə aydınlıq gətirib.