14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45%-ni təşkil edir

Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi ödəniş kartları ilə aparılan əməliyyatların 44.5%-ni təşkil edir.

Bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda böyük həcmdə elektron ticarət dövriyyəsi var: “Təsadüfi deyil ki, baş verən bir çox fırıldaqçılıq hadisəsi burada baş verir. Hazırda bu sektorda baş verən fırıldaqçılıq hadisələri ilə bağlı statistik məlumatlar isə yoxdur. Növbəti stratejik dövrdə fırıldaqçılığa qarşı mübarizə tədbiri olaraq maarifləndirmə və maliyyə sektorunda çalışan şəxslərin bilik və bacarıqlarının artırılması hədəflənir.”

O qeyd edib ki, bu sahədə ekspertlərin sayının artılmasına, mövcud ekspertlərin isə bilik və bacarıqlarının artırılmasına ehtiyac var.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər