9 C
Baku
Friday, November 1, 2024

Sinqapurda yeni Baş nazir təyin edilib

Sinqapurun yeni Baş naziri Lourens Von təyin edilib. O, ölkə prezidentinin rəsmi iqamətgahı və ofisi olan İstanda and içib.

Von hökumət başçısı vəzifəsində 2004-cü ildən bu vəzifədə olan Li Syan Lunu əvəz edib.

2022-ci ildə Lourens Von dördüncü nəsil respublika rəhbərlərinin lideri adlandırılıb. Bu, ona hökumət başçısı vəzifəsinə yol açıb. Dövlətin siyasi sisteminə əsasən, Baş nazir vəzifəsinə namizəd mərhələli şəkildə əsas vəzifələri tutaraq, nazirlər kabinetinə tədricən daxil edilir.

Li Syan Lun dəfələrlə deyib ki, 2022-ci ildə istefa verəcək. Buna baxmayaraq, o, koronavirus pandemiyasına görə qərarın icrasını təxirə salıb, deyə “The Straits Times” nəşrində deyilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər