10 C
Baku
Friday, December 13, 2024

ABŞ və Çin müdafiə nazirləri ikiillik fasilədən sonra Sinqapurda görüşəcəklər

ABŞ və Çin müdafiə nazirləri ikiillik fasilədən sonra görüşəcəklər.

Bu barədə “Financial Times” mənbəyə istinadla məlumat verib.

Bildirilib ki, Pentaqon rəhbəri Lloyd Ostin və Çinin müdafiə naziri Don Cün mayın 31-i Sinqapurda keçiriləcək “Shangri-la Dialoqu” müdafiə forumu çərçivəsində bir araya gələcəklər.

Qeyd edək ki, Çinlə ABŞ arasında müdafiə sahəsində təmaslar ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ildə Tayvana səfərindən sonra kəsilmişdi. Ötən ilin noyabrında San-Fransiskoda ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin arasında münasibətlərin normallaşması ilə bağlı keçirilmiş görüş zamanı hərbi əlaqələrin yenidən bərpası barədə razılıq əldə olunub.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər