6 C
Baku
Sunday, December 15, 2024

328 kirayə mənzil satışa çıxarılır – Aylıq ödəniş 376 manatdan başlayır

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzili vətəndaşlara təqdim edir.

Banker.az xəbər verir ki, mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.

Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4434 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

 

Son xəbərlər
Digər xəbərlər