7 C
Baku
Thursday, December 12, 2024

Zəngəzur dəhlizi bu tarixdə açılacaq

Zəngəzur dəhlizi 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacaq.

Bunu “TGRT Haber” kanalına müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib.

O bildirib ki, dəmir yolu xəttinin əsas hissəsini təşkil edən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Qars və İğdırı birləşdirəcək hissəsinin inşasına bu ilin sonundan start veriləcək.

Ursloğlunun sözlərinə görə, yolun Naxçıvanla Zəngilanı birləşdirəcək sektorunun inşasının bir neçə ilə tamamlanacağı planlaşdırılır.

O, sözügedən nəqliyyat marşrutunun Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafı baxımından böyük önəm daşıdığını vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər