İpək Yolunun ayrılmaz hissəsi olan Orta Dəhliz vasitəsilə idarə olunan nəqliyyatın həcmində davamlı artım müşahidə olunur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tacikistan biznes forumunda çıxışı zamanı deyib.
O bildirib ki, 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 86% artaraq 2.7 milyon ton təşkil edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası beynəlxalq investorlarla işgüzar əlaqələrə hazırdır”, – deyə nazir əlavə edib .