İran hökuməti təcili fövqəladə iclas keçirib. İran Nazirlər Kabinetinin fövqəladə iclasına vitse-prezident Məhəmməd Moxber sədrlik edib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.