Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 21.05.2024-cü il tarixdə saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.
Banker.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə DSK yolu, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonu üzrə MİDA yaşayış kompleksinin, Xəzər rayonu üzrə Kənd Buzovna adlanan ərazinin və Buzovna qəsəbəsinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsi, Subtropik Sovxozu adlanan ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.