24 avqust 2023-cü il tarixində Mərkəzi Bank ilə Gənclər və İdman Nazirliyinin tabeliyində qurum olan “AzəridmanServis” MMC arasında bir illik müqavilə imzalanıb.
Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.
Müqaviləyə əsasən, Şirkət Kompleksdən müxtəlif idman tədbirləri və yarışlarının keçirilməsi, habelə nizamnaməsinə əsasən icazə verilən digər məqsədlər üçün istifadə edə bilər.
Müqaviləyə əsasən AMB icarəyə verən qismində çıxış edir və Şirkət əldə etdiyi mənfəətin 50%-ni AMB-yə ödəməlidir.
Xatırladaq ki, 2009-cu ildə təsis edilən bu şirlətin cəmi 100 manat nizamnamə fondu var.